“Ariya, romans və mahnı üzərində iş” mövzusunda açıq dərs

Təsdiq olunmuş qrafik əsasında 13 dekabr 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Ülviyyə Elburus qızı Quliyevanın “Konsertmeyster sinfi və ansambl” seçmə fənnindən “Ariya, romans və mahnı üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Vüsal Vüqar oğlu Mustafazadə ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.
Açıq dərsdə “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, baş müəllim G.Məhərrəmova, müəllimlər A.Abdullayeva, Ş.Bayramova iştirak etdilər.