“Əfsanəvi pəhləvan-Rəşid Yusifov haqqında” mövzusunda açıq dərs

10 dekabr 2024 cür il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Rüstəmzadə Ayət Rüstəm oğlunun Məşqçilik III kurs tələbələri ilə Güləş və OTM fənnindən “Əfsanəvi pəhləvan-Rəşid Yusifov haqqında” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə fakültə dekanı dos. Zaur Hüseynzadə, dekan müavini baş müəllim İlqar Haqverdiyev, bəgən tərbiyəsi və idman kafedrasının müdiri baş müəllim Urfan Cabbarov, fiziki tərbiyə və ÇQH mülki müdafiə kafedrasının müdiri dos Niyazi Nəbiyev, rektorluğun nümayəndəsi prof. Cəfər ibrahimov iştirak etdilər.