“Müasir musiqi təlimi metodlarının növləri” mövzusunda açıq dərs

18 oktyabr 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Səidə Zahid qızı Həsənovanın “Musiqinin tədrisi metodikası-2” fənnindən “Müasir musiqi təlimi metodlarının növləri” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri ilə seminar məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə “Psixologiya” kafedrasının dosenti, açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, baş müəllimlər L.Nəbiyeva, S.Rüstəmova, S.Şabanova iştirak etdilər.