Festivalın qaliblərinin mükafatlandırma mərasimi

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalında Gəncə Dövlət Universitetinin tələbələri uğurla çıxış etmişlər.
Festivalın qaliblərinin mükafatlandırma mərasimi oktyabrın 4-də Azad Həmkarlar İttifaqı Konfederasiyasının iclas zalında keçirilmişdir.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış etmiş, dövlətimizin uğurlu gənclər siyasətini qeyd edərək, festival qaliblərinə Fəxri Fərman və hədiyyələr təqdim etmişlər.
Gəncə Dövlət Universitetini tədbirdə  Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov, “Musiqi fənləri” kafedrasının müəllimi Aləmzər Abdullayeva, “Pedaqoji” fakültənin II kurs tələbələri Nərmin Əlizadə, Ruqiyyə İbrahimova təmsil etmişlər.
Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət xor kollektivi I yerə, “Gəncəm” vokal qrupu I yerə, aşıq musiqisi ifaçıları isə III yerə layiq görülmüş, ümumilikdə Universitetimizə 10-dan artıq Diplom, 3 Fəxri Fərman təqdim edilib.
TƏBRİK EDİRİK!