30 sentyabr 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının p.ü.f.d., baş müəllimi Qəsirə Tofiq qızı Məmmədovanın “Əsas musiqi aləti-3” fənnindən “Qammalar. İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Namazova İlahə İlham qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, baş müəllimlər M.Hacıyeva, G.Məhərrəmova, L.Rəfibəyli, müəllim Ü.Quliyeva iştirak etdilər.