“Fövqəladə hallarda rabitə və xəbərdarlığın təşkili və həyat fəaliyyətinin təşkili” mövzusunda açıq dərs

23.04.2024-cü il tarixində Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Sara Babayevanın Psixologiya ixtisasının I kurs tələbələri ilə Mülki müdafiə və ilkin tibbi yardım fənnindən “Fövqəladə hallarda rabitə və xəbərdarlığın təşkili və həyat fəaliyyətinin təşkili” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri dosent Nəbiyev Niyazi, kafedranın müəllimi Şahmar Məmmədov iştirak etdilər.