Əmək bazarının nümayəndələri ilə birlikdə iclas

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsi “Təhsilin pedaqogikası və metodikası” kafedrasının professor-müəllim heyyətinin 08 aprel 2024-cü il tarixdə universitetin baza məktəbi olan Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin əmək bazarının nümayəndələri ilə birlikdə iclası oldu.
İştirak etdilər:
İştirak etdilər: (17 nəfərdən 14 nəfər) Kafedranın professor-müəllim heyətindən kafedra müdiri dos. Quliyev Allahverdi İsgəndər oğlu, Pedaqoji Fakültə Metod Şurasının sədri dos.Ziyafət Vilayət qızı Bayramova, dos. Babayeva Nübubət İsax qızı, dos.(attestatsız) Kazımova Günay Salman qızı, dos.(attestatsız) Binnətova Şəlalə Bəhlul qızı. p.ü.f.d. Nəsibova Saida Nazim qızı, p.ü.f.d. Şərifova Əsməd Təyyar qızı, b/m. Əhmədova Şərəf Ələddin qızı, b/m. İsgəndərova Rəfiqə İsgəndər qızı, b/m. Rüstəmova Leyla Vaqif qızı, müəllim Qasımova Xəyalə Namiq qızı, müəllim Məmmədova Vəfa Oktay qızı, müəllim Ələkbərova Zeynəb Tahir qızı, müəllim Aslanova Günel Həsənəli qızı.
Dəvət edilmişdilər: M.C.Paşayev adına 39 saylı tam orta məktəbin direktor Rzayev Nizami İsrayıl oğlu, İbtidai siniflərin tədris işləri üzrə direktor müavini Məhərrəmova Təranə Cabir qızı, Novruzova Vəfa Ənvər qızı-IVd (1990-1995), Zeynalova Məhsəti Vilayət qızı-IIId(1998-2003), Cəfərova Əfsanə Ehtiram qızı-IVa (2012-2016), Əliyeva Günay Asim qızı-IIIa (1997-2001), Səmədova Səmayə Zakir qızı-1a (2010-2014 ) Həsənova Sabirə Tofiq qızı (inklüziv sinif)-(1990-1994) -IVc

Gündəlik məsələ
1.GDU-nin Pedaqoji fakültənin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə tədrisi nəzərdə tutulan “Seçmə fənn”lər haqqında əmək bazarının nümayəndələrinin (məzunların), IV kurs tələbələri və kafedra əməkdaşları ilə birgə müzakirəsi.
2.İbtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbələrinə 2023/24-cü tədris ilinə planlaşdırılmış “Pedaqoji internatura”nın gedişi və qarşıda duran vəzifələr.

Məlikova Tahirə Vüqar qızı-SƏDR

Mehdiyeva Türkan Taleh qızı-SƏDR MÜAVİNİ