Ariya, mahnı və duet, solo və ansamblda oxumaq vərdişləri üzərində iş” mövzusunda açıq dərs

29 mart 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Feride Füzuli qızı Məmmədovanın “Vokal və onun tədrisi metodikası” seçmə fənnindən “Ariya, mahnı və duet, solo və ansamblda oxumaq vərdişləri üzərində iş” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Nəzrin Cəmaləddin qızı Novruzəliyeva ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə iştirak etdilər: “Pedaqoji” fakültənin dekan müavini baş müəllim İlqar Haqverdiyev, “Musiqi fənləri” kafedrasının müdiri, s.ü.e.d., professor Sevda Qurbanəliyeva; baş müəllimlər: Səidə Həsənova, Leyla Nəbiyeva, Sevil Şabanova, müəllimlər Ülviyyə Quliyeva, Əli Əliyev.