“Azərbaycan xalq musiqisi nümunələrinin ifası və təqdimatı” mövzusunda açıq dərs

12 mart 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi, p.ü.f.d. Rəşidə Hamlet qızı Məmmədovanın S/f.-“Musiqi dinlənilməsi üzrə məktəb repertuarı” fənnindən “Azərbaycan xalq musiqisi nümunələrinin ifası və təqdimatı” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Abdullayeva Leyla Zaur qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə iştirak etdilər: “Pedaqoji” fakültənin dekanı dosent Zaur Hüseynzadə, “Musiqi fənləri” kafedrasının müdiri, s.ü.f.d., professor Sevda Qurbanəliyeva; baş müəllimlər: Qəsirə Məmmədova, Lalə Rəfibəyli, müəllim Səma Şabanova.