” Gənclərin çağırışaqədərki hazırlığında hərbi psixologiyanın rolu” mövzusunda açıq dərs

28.02.2024-cü il tarixində Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Məmmədova Mahnur Qafar qızının Fiziki tərbiyə və ÇQH ixtisasının II kurs tələbələri ilə Gənclərin çağırışaqədərki hazırlığının nəzəriyyəsi və metodikası -2 fənnindən ” Gənclərin çağırışaqədərki hazırlığında hərbi psixologiyanın rolu” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri dosent Niyazi Nəbiyev, kafedranın baş müəllimi Fikrət Hüseynov, müəllim Zülfiyyə Ələkbərova və İnnovasiyalar departamentinin əməkdaşı Samir Piriyev iştirak etdilər.