MONİTORİNQ QRUPU növbəti dəfə FAKÜLTƏMİZDƏ DƏRSLƏRDƏ İŞTİRAK ETDİLƏR

23.11.2023 tarixində Universitet üzrə yaradılmış monitorinq qrupu Pedaqoji fakültənin I növbənin 2-cü dərsində monitorinq aparmışdır. Monitorinqdən qabaq qrup rəhbəri dos. Allahverdi Quliyev monitorinq qrupunun üzvləri ilə qısa iclas keçirdi, sonra monitorinq qrupu dərslərdə iştirak etdilər. Dərslər bitdikdən sonra fakültə dekanı dos. Zaur Hüseynzadənin iştirakı ilə nəticələr haqqında müzakirə aparıldı.