27 Sentyabr Anım günü

Gəncə Dövlət Universitetin Pedaqoji fakültəsinin 27 Sentyabr Anım günü ilə bağlı tədbirindən görüntülər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunmuş və şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbir zamanı ilk olaraq çıxış üçün sözü Universitetimizin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevaya verilmişdir. Daha sonra fakültə dekanı dos. Z.Hüseynzadə , Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova və başqaları ordumuzun səlnaməli döyüş yolunda, əsgərlərimizin qəhrəmanlığından danışmışlar. Tədbir şeirlərlə , səhnəciklərlə davam etdirilmişdir. Tədbirdə Universitetimizin qaziləridə iştirak etmişlər.