Bədən tərbiyəsi və idman kafedrasında məsləhət saatları başladı

2022-2023-ci tədris ilinin payız sesiyasına hazırlıq tədbirləri çərçivəsində Bədən tərbiyəsi və idman kafedrasında qabiliyyət imtahanına düşən fənlərdən qrafik üzrə məsləhət saatları başlamışdır.

Məşqçilik ixtisasının I kurslarında Seçmə idman növlərinin nəzəriyyəsi və tədrisi metodikası fənnin Boks bölməsində baş müəllim Tofiq Əliyevin rəhbərliyi ilə məsləhət saatı keçirilir.