Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirildi

05.05.2022-ci il tarixində Pedaqoji fakültədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə fakültə dekanı dos. Z.Hüseynzadə açdı. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra söz Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevaya verildi. O, Ulu öndərin keçirdiyi şərəfli həyat yolundan, siyasi fəaliyyəti haqqında məzmunlu çıxış etdi.

Daha sonra Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova və tələbələr Ulu öndər haqqında maraqlı çıxışlar və şeirlər söylədilər.