Quliyeva Könül Zabit

Quliyeva Könül Zabit qızı 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1989-cu ildə 38 №li tam orta məktəbə daxil olmuş, 1999-cu ildə Bakı şəhəri 221 №li tam orta məktəbi bitirmişdi. Elə həmin ildə Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının İbtidai Təhsilin Pedaqogikası və metodikası fakültəsinə qəbul olub. 2003-cü ildə həmin İnstitutu qurtarıb. 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Magistr pilləsinə daxil olub. 2019-cu il oktyabr ayından hal-hazıradək Gəncə Dövlət Universitetinin “Təhsilin pedaqogikası və metodikası” kafedrasında Laborant vəzifəsində çalışır. Yapın üzvüdü. Ailəlidi, iki övladı var.