Talıbova Dilşad Xanverdi qızı

Talıbova Dilşad Xanverdi qızı 1981 – ci ilin dekabr ayında Gəncə şəhərində doğulub. 1988 – ci ildə Gəncə şəhərində 19 saylı orta məktəbə daxil olub, 1998 – ci ildə həmin məktəbi bitirib. 1999 cu ildə Gəncə Dövlət Uiversitetinin “İbtidai təhsilin pedaqogikası və metadikası” ixtisasının bakalavr pilləsinə daxil olub. 2003 cü ildə həmin ixtisası bitirib, 2004 – cü ildə Gəncə şəhəri 15 saylı orta məktəbdə müəllim vəzifəsində işə girib. 2011 – ci ildə Gəncə Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metadikası” ixtisasnın magistr pilləsinə daxil olub, 2013 cü ildə həmin ixtisası bitirib. 2016-cı ildən Gəncə Dövlət Universitetinin dissertantıdır. 2020-ci ildə orta məktəbdən ayrılıb, Gəncə Dövlət Universitetinin Ümumu Pedaqogika kafedrasında müəllim vəzifəsində işə başlayıb. “Sənə yazmadım, səni yazdım” “Səndən qalan noyabr” “ Dinar” kitablarının müəllifidir. Ailəlidir, üç övladı var.