“Şizofreniya” və “Qorxu psixologiyası” mövzusunda elmi-seminar keçirildi

7 noyabr 2019-cu il tarixində GDU-nun Pedaqoji fakültə TEC sədri b/m T.Cabbarovanın təşəbbüsü ilə “Şizofreniya” və “Qorxu psixologiyası” mövzusunda elmi-seminar keçirilmişdir. Elmi seminarı giriş sözü ilə açan dekan dosent Bayram Apoyev bildirdi ki, TEC-nin təşəbbüsü ilə, illərdi ənənə halını alaraq, universitetimizdə elmi-seminarlar keçirilir. Həmçinin elmi-seminarı hazırlayan tələbələrə elmi fəaliyyətlərində uğurlar arzuladı.

Elmi-seminar mövzusu günün ən aktual məsələlərindən biridir.

B/m Telli Cabbarova çıxış edərək bildirdi ki, “Qorxu pixologiyası”nın müsbət tərəfi insanı təhlükədən qoruyur, mənfi tərəfi isə narahatlıq, fobiya, halüsinasiya və s.yaradır, mövzularda məqsədimiz Şizofreniya və Qorxunun insan psixologiyasındakı mənfi tərəflərini aradan qaldırmaq üsul və yollarını dinləyicilərə çatdırmaqdır.

Sonda tələbələr Məmmədova Türkan, Süleymanova Günel və Cəfərova Xanım “Fəxri fərman” ilə təltif edildilər.