25-26 İYUL 2019-CU İL TARİXDƏ “PSİXOLOGİYA ZİRVƏ” KONFRANSI KEÇİRİLƏCƏK

Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi Azərbaycanda ilk dəfə keçiriləcək olan “PSİXOLOGİYA ZİRVƏ” KONFRANSI-na dəvət edir.

Konfransda hər biri öz sahəsində peşəkar olan, yerli və xarici  mütəxəssislər sizin görüşünüzə gələcək. Siz həmin mütəxəssislərin təqdimatında psixologiyanın müxtəlif bölmələri üzrə məruzələri dinləyəcək, həmçinin workshoplarda iştirak edəcəksiniz. “PSİXOLOGİYA ZİRVƏ” KONFRANSI 25-26 İyul 2019-cu il tarixlərində, saat 09:00 – 19:00-da  baş tutacaq.
2 günün sonunda konfransda iştirak edən hər kəsə 3 ədəd BEYNƏLXALQ SERTİFİKAT təqdim ediləcək.