AÇIQ DƏRS – B/M TURAL ƏLİYEV

 

23.11.2018-ci il tarixində Pedaqoji fakültənin Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq ixtisasının III kursunda Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Tural Əliyevin  İdman ustalığının artırılması fənnindən “Futbolda texniki hazırlıq” mövzusunda açıq dərsi oldu. Dərsdə fakültə dekanı B.Apoyev, dekan müavini İ.Haqverdiyev , kafedra müdiri İ.Ağayev və kafedranın bir qrup müəllimi iştirak edirdi. Dərsdə futbolda texniki hazırlıqla bağlı müxtəlif slaydlardan və vidioçarxdan istifadə edən müəllim məqsədinə nail oldu. Dərs “əla” qiymətləndirildi.