AÇIQ DƏRS – B/M SEHRAN SƏMƏDOVA

 

14.11.2018-ci il tarixdə Pedaqoji fakültənin Məktəbəqədər təlim və tərbiyə ixtisasının I kursunda Alman dili kafedrasının müəllimi Sehran Səmədovanın “Sual cümləsi” mövzusunda  açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı B.Apoyev, rektorluğun  nümayəndəsi dos.C.İbrahimov, kafedra müdiri E.Atakişiyev və kafedranın bir qrup əməkdaşı iştirak edirdi. S.Səmədova dərsdə interaktiv təlim üsullarından və slaydlardan istifadə etməklə dərsdə bütün tələbələrin fəal iştrakını təmin etdi və məqsədinə nail oldu. Dərs müzakirə edildi və “yaxşı”  qiymətləndirildi.