Açıq dərs – b/m. Könül Bayramova

24.10.2017-ci il tarixdə fakültənin Təhsildə sosial- psixoloji xidmət ixtisasının III kursunda baş müəllim Könül Bayramovanın “Uşaq anatomiyası, fiziologiyası  və  gigiyenası” fənnindən “Dayaq- hərəkət sistemi” mövzusunda açıq dərsi keçirildi. Müəllim mövzunun məzmununu slaydlar üzrə şərh edərək dərsdə öz məqsədinə nail ola bildi. Dərsdə fakültə dos. B. Apoyev, dekan müavini İ.Haqverdiyev, rektorluğun səlahiyyətli nümayəndəsi dos. C.İbrahimov iştirak edirdi. Dərs geniş müzakirə edildi və “əla” qiymətləndirildi.