Açıq dərs -b/m. Urfan Cabbarov

17.10.2017-ci il tarixdə Bədən tərbiyəsi və idman kafedrasının baş müəlimi Urfan Cabbarovun “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” ixtisasının III kursunda “Atletika və onun tədrisi metodikası” fənnindən “Atmalar” mövzusunda açıq dərsi keçirildi. Mühazirəni müxtəlif interaktiv təlim metodlarından istifadə etməklə təşkil edən müəllim mövzunun mahiyyətini geniş və aydın şərh etdi, beləliklə, məqsədə nail ola bildi.   Açıq dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi dos. C. İbrahimov, fakültənin Tədrisin təşkil və təlim texnologiyaları üzrə dekan müavini  İ. Haqverdiyev və  kafedranın müdiri b/m. İ. Ağayev, dos. Asif Quliyev, b/m.T.Əliyev,  b/m.  T.Əliyev və kafedranın digər üzvıəri iştirak etdi.