Azad həmkarlar ittifaqı təşkilatının sədri Alvina Davud qızı Babayevanın HESABAT- SEÇKİ İCLASI KEÇİRİLDİ.

Gəncə Dövlət Universitetinin Pedaqoji  fakültəsində  13 mart  2017-ci il tarixində GDU- nun II korpusunun akt zalında “Azad həmkarlar ittifaqı təşkilatının hesabat iclası keçirildi. İclasda  Pedaqoji fakültənin 121 nəfər Professor-müəllim və tədris köməkçi heyyəti iştirak etdi. İclasda Gəncə Dövlət Universitetinin Azad Həmkərlar İttifaqı Komitəsinin sədr müavini  Allahverdi İsgəndər oğlu Quliyev İclası açıq elan etdi.  Həmkarlar İttifaqı Təşkilatının sədri A.D. Babayeva çıxış edərək 12 fevral 2015-ci il tarixdən 13 mart 2017-ci il tarixə kimi əhatə edən  hesabatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin müxtəlif tarixli sərəncam və fərmanları ilə təsdiqlənmiş təhsil sahəsində geniş islahat proqramından irəli gələn məsələlərin həlli, o cümlədən tədrisin idarə olunmasında yeni prinsiplərin bərqərar olması, təhsilin dünya standartlarına uyğunlaşdırılması, onun məzmununda köklü keyfiyyət dəyişikliklərinin aparılması təhsil sisteminin təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoyulur. Bu tarixi sərəncam və fərmanlar Azərbaycan vətəndaşlarının təhsil hüququnu tam təmin etmək, milli təhsil konsepsiyasının müddəalarını gücləndirmək, təhsil sistemində aparılan islahatları sürətləndirmək, idarəetmə mexanizmini təkmilləşdirmək, pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını və yenidən hazırlanmasını təmin etmək, təhsildə maddi-texniki bazadan və kadr potensiallarından istifadənin səmərəliliyini artırmaq məqsədlərini qarşıya qoyur. 2015-ci il fevral ayının 12-də təşkilatın hesabat-seçki iclasında heyət üzvü seçilmişdir. Təşkilatın idarə heyəti fakültədə fəaliyyət göstərən bütün kafedraların hər birindən nümayəndə olmaqla 7 nəfərdən ibarət olmuşdur. Pedaqoji  fakültə dekanlıq və altı ixtisas kafedralarından  ibarətdir. Hazırda qeyd olunan bölmələrdə təşkilatın 168 üzvü (109 nəfər professor-müəllim və 59 nəfər tədris-köməkçi heyəti) fəaliyyət göstərir.  İclasda çıxış edənlər ( prof. Ə. H. Məmmədov, dos. Z. S. Cavadova, dos. Z.M. Aslanova, dos. K. H. Hacıyeva ) hesabatı bəyəndilər və qənaətbəxş hesab etdilər.  Gəncə Dövlət Universitetinin Pedaqoji fakultəsinin professor-müəllim və tədrisköməkçi heyyətinin 13. 03.2017 -ci il tarixli ümumi  iclasında namizədliyi irəli sürülmüş aşağıda adları qeyd olunanlar Pedaqoji  fakultəsinin Həmkərlar Təşkilatının yeni heyyətinə üzv seçildilər: dos. K.H. Hacıyeva, b.m. L.A. Həsənova, b.m. Ş.X. Qazaxova,  b.m. M.Ş. Hacıyeva, kabinə müdiri A.F. Həsənova, b.lab. L.F.İmanquliyeva. Səsverənlərin 100 % – səsini topladığına görə Psixologiya kafedrasının baş müəllimi Alvina Davud qızı Babayeva Pedaqoji  fakultəsinin Azad həmkərlar ittifaqı  təşkilatının sədri vəzifəsinə seçildi.