Fakültə əməkdaşının böyük uğuru

IMG-20170112-WA0000

27-28 Dekabr 2016-cı ildə Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu-Dabi şəhərində III Beynəlxalq Elmi-Praktik konfrans keçirilmişdir. Həmin konfransa Psixologiya kafedrasının baş müəllimi Alvina Babayevanın “Kiçik məktəblilərin şəxsiyyətinin formalaşmasına sosial-pedaqoji amillərin təsiri” mövzusunda göndərdiyi məruzə bəyənilmiş və xüsusi “Diplom”a layiq görülmüşdür. Konfrans materiallarında həmin məruzənin tezisləri dərc olunmuşdur.