Açıq dərs- b/m. Bəsirə Abbasova

24.11.2016-cı il tarixdə Pedaqoji fakültənin Təhsildə sosial psixoloji xidmət ixtisasının III kursunda Ümumi pedaqogika kafedrasının baş müəllimi Bəsirə Abbasovanın Psixopedaqogika fənnindən “Müəllimin pedaqoji fəaliyyətdə yeri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, rektorluğun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov və kafedranın əməkdaşları iştirak etmişdir.Müəllim dərsdə interaktiv təlim üsullarından və yeni təlim texnologiyalarından istifadə edərək öz məqsədinə nail ola bildi.Dinləyicilərin böyük marağına səbəb olan dərs yüksək qiymətləndirildi.