ELmi seminar- Aysel Allahverdiyeva

17 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının akt zalında Tələbə Elmi Cəmiyyətinin  növbəti seminarı keçirilmişdir.  Cəmiyyətin sədri Sahil İbrahimli giriş sözündə qeyd etmişdir ki, tələbələrin elmə maraqlarının yüksəldilməsi, tədqiqat işlərində təcrübələrinin artması məqsədilə keçirilən elmi seminarlar öz bəhrəsini verməkdədir. Biz bu ənənəni uğurla davam etdiririk.

Seminarda baş müəllim Pərvanə Məmmədovanın rəhbərliyi altında Təhsildə sosial psixoloji xidmət ixtisasının III kurs tələbəsi Aysel Allahverdiyevanın “Psixologiyada tükənməzlik sindromu” mövzusunda məruzəsi dinlənilmişdir.

Elmi tədbirdə tələbələrlə bərabər Kimya kafedrasının fəxri professoru Heydər Kərimov, Psixologiya kafedrasının müdiri dosent Zümrüd Cavadov, Pedaqoji fakültənin tələbə elmi cəmiyyətinin sədri baş müəllim Telli Cabbarova və Psixologiya kafedrasının baş müəllimi Alvina Babayeva  iştirak etmişdir.

Məruzəçi Aysel Allahverdiyeva iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.