“Hərbi cinayətlərin növləri” mövzusunda açıq dərs

14.11.2025-ci il tarixdə Fiziki tərbiyə çağırışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasının baş müəllimi Hüseynov Fikrət Bəhlul oğlunun Pedaqoji fakültənin Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının 2 kurs tələbələri ilə “Hərbi cinayətlərin növləri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Pedaqoji fakültənin Metodik qrupunun sədri İlqar Haqverdiyev, Fiziki tərbiyə, çağlrışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasının müdiri əvəzi baş müəllim Mahnur Məmmədova, kafedranın müəllimi Sərxan Əmiraslanov iştirak etdi.