İbtidai sinif müəllimliyi ixtisası üzrə yaradılmış Müvafiq struktur bölmələr arasında koordinasiyanın səmərəli təşkilinin, qərarvermə prosesinin yoxlanılması və mövcud nəzarətin gücləndirilməsi Komissiyası 30 may 2025-ci il tarixində növbəti iclasını keçirdi. İclasda monitorinq və işci qrupunun hesabatları, müvafiq struktur bölmələr üzrə aparılan işlərin nəticələri müzakirə olundu. Komissiya üzvləri görülən işlərə münasibətlərini bildirdilər, təkliflər irəli sürdülər.İclasda göstərilən iradlara müvafiq olaraq yenidən görüləcək işlər planlaşdırıldı, tarixlər müəyyənləşdirildi.



