“Musiqi fənləri” kafedrasında növbəti elmi seminar

Elmi seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, kafedrada elmi seminarlar  kafedra iclasında təsdiq olunmuş qrafikə uyğun  keçirilir.

Seminarların keçirilməsi  mühüm elmi nəticələrin təhsilə inteqrasiyasına, müəllim və tələbələrin elmi tədqiqat işi aparmaq səriştəsinin artırılmasına əlverişli şərait yaradır.

21 may 2025-ci il tarixində keçirilən elmi seminarda “Musiqi fənləri” kafedrasının müəllimi Ülviyyə Quliyeva “Fortepiano sinfində repertuar seçiminin əsas xüsusiyyətləri” mövzusunda elmi məruzə ilə çıxış etmiş, dahi rus bəstəkarı P.İ.Çaykovskinin anadan olmasının 145-ci ildönümü ilə əlaqədar bəstəkarın əsərləri  “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültənin tələbələri tərəfindən  ifa olunmuş, maraqlı slaydlar, animasiyalar nümayiş  etdirilmişdir.

Elmi seminarda “Musiqi fənləri” kafedrasının professor-müəllim heyəti və pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələri iştirak etmişlər.