Author Archives: Pedaqoji

Gəncə şəh. İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Novruz Bayramı” münasibəti ilə bayram şənliyi keçirildi

17 mart 2023-cü il tarixində Gəncə şəh. İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Novruz Bayramı” münasibəti ilə bayram şənliyi Gəncə Dövlət Universitetinin  pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələrinin və məktəb şagirdlərinin iştirakı ilə yüksək səviyyədə keçirilmişdir.

“Təfəkkür və təxəyyülün psixologiyası” mövzusunda açıq dərs keçirildi

17.03.2023-cü il tarixindəPsixologiya kafedrasının b/m Arzu Bağırzadənin İbtidai sinif müəllimliyi ixtisasının I kursunda Psixologiya fənnindən “Təfəkkür və təxəyyülün psixologiyası” mövzusunda açıd dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, kafedra müdiri dos. Z.Cavadova, b/m. P.Məmmədova, b/lab. A.Mirzəyeva və lab. Y.Abbasova iştrak etmişdilər.

“Novruz Bayramı”na həsr olunmuş şənlik

14 mart 2023-cü il tarixində Gənc Dövlət Kukla Teatrında keçirilən “Novruz Bayramı”na həsr olunmuş şənlikdə  Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinin “Gəncə SOS Uşaq Kəndi”nin Uşaq xoru ilə hazırladıqları konsert proqramı dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.

“Qammalar. İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda açıq dərs dinlənilmişdir

2023-cü il 09 mart tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Qəsirə Tofiq qızı Məmmədovanın “Əsas musiqi aləti-4” fənnindən “Qammalar. İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Türkan Elmir qızı Pənahova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Azərbaycanda XX əsrin əvvəllərində ordu quruculuğu” mövzusunda açıq dərs keçirildi

28.02.2023-cü il tarixdə Fiziki tərbiyə çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Mahnur Məmmədova “Fiziki tərbiyə ÇQH” ixtisasının II kursunda “Azərbaycanda hərb tarixi” fənnindən “Azərbaycanda XX əsrin əvvəllərində ordu quruculuğu” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, kafedra müdiri dos. Niyazi Nəbiyev, b/m Fikrət Hüseynov və müəl. Zülfiyyə Ələkbərova iştrak etdilər.

“Muğam Azərbaycan şifahi professional musiqisinin aparıcı janrıdır” mövzusunda açıq dərs dinlənilmişdir

2023-cü il 21 fevral tarixində “Musiqi fənləri” kafedrasının   müdiri, professor Sevda Firuddin qızı Qurbanəliyevanın “Azərbaycan muğamı” fənnindən “Muğam Azərbaycan şifahi professional musiqisinin aparıcı janrıdır” mövzusunda  “Musiqi müəllimliyi” ixtisası (magistratura) üzrə I kurs  tələbələri ilə mühazirə şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir. Dərsdə mövzu ilə bağlı slaydlar nümayiş etdirilmiş, musiqi nümunələri səsləndirilmişdir.

ELMİ ŞURA

14 fevral 2023-cü il  tarixində Pedaqoji fakültədə Elmi şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur: Tədris ilinin I yarısının yekunları və qarşıda duran vəzifələr – Dos.Z.Hüseynzadə Fakültə Elmi Şurasının 2022-2023-cü tədris ilinin II yarısı üçün iş planının müzakirəsi və təsdiqi – Elmi katib Müsabiqə üzrə müəllim seçkisi – b/m İ.Haqverdiyev Cari məsələ: Kafedralarda hazırlanan

Daha ətraflı