“Musiqi fənləri” kafedrasında təlimlərin keçirilməsi təhsildə keyfiyyətin artırılmasına xidmət edir
“Musiqi fənləri” kafedrasının baş müəllimi Sevil Şabanova tərəfindən“Əqli mülkiyyət hüquqlarının qorunması haqqında” mövzusunda keçirilən təlimkafedranın əməkdaşları tərəfindən maraqla qarşılandı. Təlimdə əqli mülkiyyəthüquqlarının qorunması istiqamətində ölkəmizdə həyata keçirilən komplekstədbirlər haqqında geniş məlumatlar slaydlar vasitəsilə əyani şəkildəiştirakçılara çatdırıldı, təlimçiyə ünvanlanan suallar ətraflı cavablandırıldı.Təlim əqli mülkiyyət hüquqlarının qorunması haqqında kafedraəməkdaşlarının bilik və bacarıqlarını təkmilləşdirmək üçün olduqcaəhəmiyyətli oldu.










