
Gəncə Dövlət Universitetin Ümumi pedaqogika kafedrasinın baş müəllimi
Telefon: +994552432580
E-mail: ulker_memmedova62@inbox.ru
Qisa bioqrafik məlumat:
Məmmədova Ülkər Məmməd qızı 1962-ci ildə 5 avqust Gəncə şəhərində anadan olub. YAP-ın üzvüdür. Bir övladı var.
Təhsili, Elmi dərəcəsi və adları:
- 1978 – ci ildə Gəncə şəhər 6 saylı orta məktəbi bitirib.
- 1982 – ci ildə Q.Hüseynli adına Kirovabad orta ixtisas musiqi məktəbi bitirib
- 1988-ci ildə H.Zərdabi adına Kirovabad dövlət pedaqoji institununun İbtidai Təhsilin pedaqogikası və metodikası fakultəsini bitirib.
Əmək fəaliyyəti:
- 1982- 1987 – ci illər Telman Hacıyev adına 2 saylı uşaq musiqi məktəbində fortepiano müəllimi;
- 1987-ci ildən – hal-hazıradək Ümumi pedaqogika kafedrasında baş müəllim vəzifəsində işləyir.
Dil bilgisi: Azərbaycan, Rus, Türk
Tədqiqat sahəsi: Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
Elmi əsərləri: 25-ə yaxın elmi əsərin müəllifidir. Onlardan bir neçəsini qeyd edək:
- Особнности воспитательной работы в школе проведенные с неподными семьями. Известия вузов Кыргызстана, Том 9, 2017.
- Ailələrdə tərbiyəvi işlərin təşkili şərtləri. BSU. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Bakı. 2019, №2.
- Uşaqlara ilkin riyazi təsəvvürlərin verilməsi. GDU. Elmi xəbərlər. Fundamental, humanitar və təbiət elmləri seriyası. Эянъя, 2020, №2.
- Uşaqlara ilkin riyazi təsəvvürlərin verilməsi. ARTN, Peşə təhsili və insan kapitalı. Cild.3, №4. 2020
- Tərbiyədə sosial mühitin rolu. BSU. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Bakı. 2021, №2
Beynalxalq və respublika konfranslarında iştirakı:
- Təlim prinsiplərinin ifadəsi ilə bağlı problemlər. Bakı Slavyan Universitet, Beynəlxalq Elmi Konfransın materialları. Bakı, 5-6 dekabr 2014.
- Yeniyetmələrdə estetik tərbiyənin formalaşdırılmasına yeni yanaşma. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil İnstitutu. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Müəllim hazırlığı strateji hədəflərdən biri kimi” mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı, 18 may 2018
- Gənclərin ailə həyatına hazırlanması və ailənin tərbiyə imkanları. International gobeklitepe social and Human Science Congress –IV, September 09-11, 2022, Şanliurfa.
- Müstəqil Azərbaycanda Dünya Təhsil sisteminə inteqrasiyasında Ulu Öndər Heydər Əliyevin rolu. GDU. Konfrans materialları. Gəncə, 2023.