Ümumi pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Tağıyev Şahin Tağı oğlu.

ST

Mob. tel: (050) 6787879;  (055) 8040852

E-mail:sahin.tagiyev54@mail.ru

Qısa bioqrafik məlumat

08.02.1954-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Ailəlidir, iki övladı var.

Təhsili

1975-ci ildə H.Zərdabi adına GDPİ-nin (indiki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il “riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə əyani aspiranturaya daxil olmuş və 1982-ci ildə Moskvada SSRİ Pedaqoji Elmlər Akademiyasında namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsini almışdır.

1996-cı ildə “İbtidai hərbi hazırlıq kursunun digər ümumtəhsili fənlərilə əlaqəli tədris problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək “ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə pedaqoji elmlər doktoru olmuşdur.

2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Yaninda AAK-nın qərarı ilə ona professor elmi adı verilmişdir.

İş təcrübəsi

1980-ci ildən Azərbaycan ETPEİ-də (indiki Azərbaycan Respublikası Təhsil İnstituitunda, Bakı şəhəri) kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri olmuş, 1991-ci ildən Gəncə Dövlət Universitetinin 10 il elmi işlər üzrə prorektoru, 2000-ci ildən hal-hazıra kimi həmin universitetdə Ümumi pedaqogika kafedrasınin müdiri işləyir.

Elmi fəaliyyəti

Birbaşa elmi rəhbərliyi və opponentliyi  ilə 14 elmlər doktoru  və 26 fəlsəfə doktoru yetişdirmişdir.

Hazırda kafedrada “Müasir təhsilin, təlim və tərbiyənin optimallaşdırılması problemləri” mövzusunda aparılan kompleks elmi-tədqiqat işlərinə rəhbərlik edir.

2016-cı ildə Moskvada Rusiya Təhsil Akademiyasının xətti ilə hazırlanmış və çap olunmuş “Педагоги современности в области математики и информатики” adlı kitabda prof. Şahin Tağıyevin elmi fəaliyyəti haqqında ətraflı məlumat verilir. Kitaba MDB dövlətləri üzrə xüsusi əhəmiyyət daşıyan elmi əsərləri, o cümlədən fizika və riyaziyyat fənləri ilə ibtidai hərbi hazırlıq kursunun qarşılıqlı inteqrasiyası problemləri ilə bağlı elmi-tədqiqat materiallarının siyahısı daxil edilmişdir.

“İbtidai hərbi hazırlıq kursunun ümumtəhsil fənlərilə əlaqəli tədrisi problemləri” (1996) və “Fənlərarası əlaqə və gənclərin çağırışaqədərki hərbi hazırlığı” (2012) adlı iki monoqrafiyanın, 24 sayda tədris proqramı, dərs vəsaiti, kitab, kitabça, metodik vəsaitin və 167 elmi jurnal məqaləsinin müəllifidir.

Pedaqoji fəaliyyəti

1990-cı ildən universitetdə pedaqoji fəaliyyətə başlamış, hazırda Ümumi pedaqogika kafedrasının müdiri və professoru kimi “Ümumi pedaqogika”, “Pedaqogikanın müasir problemləri”, “Pedaqogikanın tarixi və metodologiyası”, “Pedaqoji diaqnostika və ekspertiza” Müqayisəli pedaqogika”, “Müasir təhsil texnologiyaları”, “Pedaqoji antropologiya” və s. fənləri tədris edir.

Elmi fəaliyyətdə aldığı ən mühüm nəticələr

Elmi fəaliyyət dövründə alınan başlıca elmi nəticələr yuxarıda göstərilən monoqrafiyalarda və aşağıdakı beynəlxalq nüfuzlu elmi məcmuələrdə verilmişdir.

  1. Формирование умения младших школьников обосновать правильность своих результатов при обучении математики // Москва, В.кн. Проблемы совершенствования математике в современной школе. М., 1998.
  2. İbtidai hərbi hazırlıq dərslərində nüvə silahına dair biliklərin verilməsi təcrübəsindən // Bakı, “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri”, 1998, № 4.
  3. Развитие умении рещения проблемных задач в процессе преподавания математики // В.кн. Тезисы докладов XVI научно-практической конференции. Гянджа, Аз.Тех.Инс. 1998, с.24-25.
  4. Об организации самостоятельной работы учащихся начальных клас­сов над книгой // Москва, Научные труды Московского Госпедуниверси­тета. Серия: Психолого-педагогические науки. М., Прометей,1999, с.538-541.
  5. Heydər Əliyev irsi və gənclərin hərbi-vətənpərvər-lik tərbiyəsi //“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” Ali məktəblərarası tematik məcmuə.Bakı, 2011, № 2.
  6. Sinifdənxaric məşğələlərdə şagirdlərə hərbi biliklərin verilməsi // “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” Ali məktəblərarası tematik məcmuə. Bakı, Mütərcim, 2012, № 1.
  7. Orta ümumtəhsil məktəblərində fənlərin inteqrasiyasını reallaşdırmağın elmi-pedaqoji və psixoloji əsasları // TOMSON REYTER jurnalına, 11 səhifə, 2016.

Beynəlxalq elmi konfransda, simpozium və qurultaylarda iştirakçılıq (konfransın adı, məruzələrin adı, yeri və s.)

  1. Постановка проблемы воспитания школьной молодежи на основе идеологии азербайджанство в научно-педагогической литературе // VIII Международный симпозиум по фундаментальным и прикладным проблемам науки. Челябинск, 2013.
  2. Ümumtəhsil fənlərinin hərbi biliklər ilə əlaqəli tədrisinin elmi-pedaqoji əsasları // “Pedaqogika və psixologiyanın müasir problemləri” mövzusunda Beynəlxalq konfransın materialları. Gəncə, 2010, s. 23-36.
  3. Fizika və gənclərin çağırışaqədərki hazırlığı fənlərinin əlaqəli tədrisi problemi // “Ümumi orta təhsilin müasir prob-lemləri” mövzusunda beynəlxalq elmi konfransın materialları, Naxçıvan, 24 noyabr  Bakı, Mütərcim, 2012, s.163-164.
  4. Fənlərarası əlaqə məktəblilərin hərbi xidmətə hazırlanmasında başlıca vasi­tə­lərdən biridir // “Azərbaycan təhsil sisteminin prioritetləri: müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans. Naxçıvan 25 noyabr 2016-cı il. Bakı, AzTP-nin nəşriyyatı, 2016.

İctimai-sosial həyatda iştirakçılıq

Yeni Azərbaycan Partiyasının üzvüdür, Ölkə Prezidentinin daxili və xarici siyasətini yüksək səviyyədə bəyənir və dəstəkləyir. Ölkə və şəhərin ictimai həyatında fəal iştirak edir.