Əsgərli Laçın Əjdər qızı

 

Əsgərli Laçın müəllim

1984-cü ildə Zərdab rayonunda anadan olub. 1991-2001-ci ildə Gəncə şəhəri N.Nərimanov adına 25 saylı orta məktəbdə təhsil almışdır. 2001-2006-ci ildə Gəncə Dövlət Universitetinin Pedaqogika və psixologiya fakültəsinin Pedaqogika və psixologiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildən universitetin Psixologiya kafedrasında laborant, 2006-2009-cu ildə Gəncə Dövlət Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə təhsilin magistratura pilləsini bitirmişdir. 2010-cu ildən  həmin kafedrada müəllim vəzifəsində çalışır. Bir neçe sayda elmi məqalənin müəllifidir.