2002-ci ildə Gəncə Dövlət Univesitetinin Pedaqoji fakültəsinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, 2002-ci ildə isə təhsilimi davam etdirmək məqsədi ilə Gəncə Dövlət Univesitetinin Magistratura şöbəsinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına daxil olmuş və 2004-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.
07.11.2004-cü il tarixindən Psixologiya kafedrasına stajor müəllim vəzifəsinə təyin edilmiş. 07.11.05-ci ildə Psoxologiya kafedrasında stajorluq müddətim başa çatdıqdan sonra 0,5 ştat vahidi müəllim təyin edilmişdi. 2009/2010-cu tədris ilindən etibarən tam ştatlı müəllim, 2012/ 2013-cü tədris ilindən isə baş müəllim vəzifəsində çalışır.
İşlədiyi müddətdə fənn proqramlarının, metodik tövsiyələrin və 17-dən artıq elmi məqalənin müəllifidir.