Taleh Yahyayev

12910611_914396748678406_1900668942_n 12895406_914396878678393_905513345_n 12919030_914396765345071_2019835967_n        

Yahyayev Taleh Gəncə şəhərində anadan olub. 2008-ci ildə Bülbül adına musiqi məktəbini bitirib. 2012-ci ildə Gəncə Dövlət Universitetinin “Musiqi təhsili”, 2015-ci ildə isə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademyasının “Solo oxuma və Opera hazırlığı” ixtstisası üzrə  SSRİ və Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Fidan və Xuraman Qasımovalar, dosent Sevda Məmmədovanın sinfini bitirmişdir. Vittoria Lucia (İtaliya), Tom Kraus (Finlandiya), Yelena Obratsova (Rusiya), Teymuraz Ququşvili(Gürcüstan) və s. ustadlıq dərslərinin iştirakçısı olub. Bir çox Xarici ölkələrdə ( Almaniya, Macarıstan, Türkiyə, İtaliya, Yunanıstan, Çexia, Qazaxıstan) –da keçirilən festivallarda, müsabiqələrdə, 4 qızıl medal  və xüsusi mükafatlar qazanıb, 2015 Afinada “Carlos Almaran” adına keçirilən Beynəlxalq müsabiqənin Qran pri mükafatçısıdır. Beynəlxalq müsabiqələr laureatıdır. 2013-cü ildən A. Zeynallı adına Musiqi kollecində və Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyə başlamışdır. 2015-ci ildən isə Azərbaycan Dövlət Opera və Balet teatrının ən gənc solistdir. Əldə etdiyi nəaliyyətlərə görə Prezident fərdi təqaüdünə layiq görülüb.