Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Əhmədova Şərəf Ələddin qızı 1961-ci il aprelin 1-də Goranboy rayonunun Safıkürd kəndində (keçmiş Qasım İsmayılov rayonu) ziyalı ailəsində anadan olmuşdur. 1978-ci ildə həmin kənddə orta məktəbi, 1983-cü ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1983-cü ildən 1995-ci ilədək təyinatla Goranboy rayonunda və Gəncə şəhərində orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1995-ci ildən GDU-də “Pedaqogika”, “Təhsilin pedaqogikası və metodikası” kafedrasında əvvəlcə müəllim, hal-hazırda isə baş müəllim vəzifəsində çalışır. 15-dən artıq məqalənin və fənn proqramlarının müəllifidir. “Təlimdə şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi yolları” (5-8-ci siniflərdə Azərbaycan dilinin tədrisi materialları əsasında) dissertasiya mövzüsu üzərində işləyir.
YAP-ın üzvüdür. Ailəlidir. 3 övladı var.