Hacımuradova Lamiə Nizami qızı

?

Hacımuradova Lamiə Nizami qızı 30 oktyabr 1975-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1993-cü ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Pedaqoji fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına qəbul olunmuş, 1997-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il, H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Magistratura şöbəsinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasına qəbul olmuş, 1999-cu ildə Magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.

1999-cu ildən indiyə kimi Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında əmək fəaliyyətinə başlamış, müəllim, baş müəllim vəzifəsində çalışır.

2015-ci ildə “XX əsrin əvvəllərində Azərbaycan maarifpərvərlərinin təhsilin demokratikləşdirilməsi uğrunda mübarizəsi” mövzusunda dissertasiyasını müdafiə edərək 3 fevral 2017-ci ildə (protokol № 1–k) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi verilmişdir.

Bir sıra beynəlxalq konfrans, konqres və simpoziumların iştirakçısıdır.

50-yə yaxın elmi əsərin, 10 qrifli nəşr olunmuş fənn proqramının müəllifidir.

UNİCEF və Təhsil İnstitutunun təlimçisidir.

Respublika Təhsil Şurasının üzvüdür.

E-mail: lamie.7530@gmail.com

Tel: +994558896885

+994504729217