Psixologiya üzrə fəlsəfə doktoru, dosent Cavadova (Şirinova) Zümrüd Soltan qızı
1951-ci ildə Azərbaycan Respublikasının Fizuli rayonunun Qaradağlı kəndində ziyalı ailəsində anadan olmuş və həmin kənddə orta məktəbi, 1974-cü ildə isə Azərbaycan Pedaqoji Universitetini (V.İ.Lenin adına APİ) bitirmişdir.
1983-cü ildən GDU-nun Psixologiya kafedrasında pedaqoji fəaliyyətə başlamışdır.
48-dən çox elmi məqalənin, 2 monoqrafiya, 2 dərs vəsaiti, 11 adda fənn proqramları və 3 metodik tövsiyələrin müəllifidir.
Əsas tədqiqat işi “Nizami Gəncəvinin psixoloji görüşləri” istiqamətindədir.
Hal-hazırda Gəncə Dövlət Universitetinin psixologiya kafedrasında kafedra müdiri vəzifəsində çalışaraq elmi-pedaqoji fəaliyyətini davam etdirir.