Dosent İbrahimov Cəfər Hüseyn oğlu

IMG_2498

Psixologiya kafedrasının dosenti,pedaqogika üzrə fəlsəfə doktoru İbrahimov Cəfər Hüseyn oğlu

1951-ci ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olmuşdur. 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini, 1990-cı ildə isə Moskva Dövlət Mədəniyyət Universitetinin aspiranturasını bitirərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 2003-cü ildən “Psixologiya” elmi üzrə dosentdir. 2010 və 2014-cü illərdə GDU rəhbərliyi, 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman”, 2018-ci ildə isə “Azərbaqycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

1997-ci ilin aprel ayından YAP –ın üzvüdür.

Pedaqoji psixologiya  istiqamətində elmi tədqiqatlar aparır. “Psixologiyadan  mühazirə konspektləri” (dərs vəsaiti);  “Psixologiyanın tədrisi metodikası” (dərs vəsaiti; “Abbasqulu Ağa  Bakıxanovun əsərlərində tərbiyənin psixoloji məsələləri” (monoqrafiya);  “İmadəddin Nəsimi yaradıcılığında humanizm və insanpərvərlik ideyalarının psixoloji təcəssümü” (monoqrafiya);  “Psixologiya” fənni üzrə seminar məşğələlərinə aid metodik göstərişlər”; “Uşaqların psixi inkişafında senzitiv dövrün əhəmiyyəti” (metodik vəsait); “Yeniyetməlik  yaşı dövründə təlimin optimallaşdırılması” (metodik vəsait) ; psixologiyanın müxtəlif sahələrinə aid 29 fənn proqramının; Beynəlxalq konfransların iştirakçısı və ümumilikdə 80 elmi əsərin müəllifidir.

Hazırda Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının dosentidir.