Psixologiya üzrə fəlsəfə doktoru, dosent MƏMMƏDOVA PAKİZƏ ƏBÜLFƏT qızı
1951-ci ildə Kirovabad (indiki Gəncə ş.) şəhəri F. Engels küçəsi, 188 saylı evdə anadan olmuş.
1958-ci ildə Kirovabad Şəhəri 21 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 1966-cı ildə həmin məktəbin 8-ci sinfini bitirib, Kirovabad Şəhəri 6 saylı orta məktəbdə daxil olub.
1970-ci ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakultəsinin qiyabi şöbəsinə daxil olub. 1976-cı ildə həmin institutu bitirib.
1970-ildən H.Zərdabi adına GDPİ-nin (Gəncə Dövlət Universitetinin) Psixologiya kafedirasında laborant, baş laborant, müəllim, baş müəllim vəzifəsində işləmiş.
O4 oktyabr 2003-cü ildə Bakı Dövlət Universitetində fəaliyyət göstərən N 02014 ixtisaslaşdırılmış şurasında «Uşağın məktəb təliminə hazırlığının psixoloji xüsusiyyətləri» (Pedaqoji psixologiya 19.00.07 ixtisası üzrə) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
İşlədiyim müddətdə Respublika jurnallarında14 məqalə 6 tezis çap etdirmişdi. Bundan əlavə 1 metodik vəsait – «Uşaqların mətktəb təliminə hazırlanmasında oyun «fəaliyyətinin rolu» (GDU- Gəncə -2009), 1 metodik göstəriş – «Psixologiyadan praktik məşğələlər» (GDU- Gəncə 2011), 1 «Defektologiyanın əsasları» üzrə fənn proqram və 1 dərs vəsaitim – «Defektologiyanın əsasları» (GDU – Gəncə 2012) çapdan çıxmışdır.