Quliyeva Nubar Teymur qızı

Quliyeva Nübar müəllim

1981-ci ildə  Gəncə  şəhərində anadan  olmuş. 1987-ci ildə  Gəncə  şəhər  C.Cabbarlı adına  6  saylı orta məktəbə daxil olmuş, 1998-ci  ildə  həmin məktəbi bitirmişdir.  Həmin ildə Gəncə Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr pilləsinə daxil olmuş, 2002-ci ildə həmin  universiteti  fərqlənmə  diplomu ilə bitirmişdir.  2002-ci ildə Gəncə Dövlət Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur. 2004-cü fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2008-ci ilədək Gəncə Humanitar Kollecində işləmiş, 2012-ci ildən isə Gəncə  Dövlət Universitetində psixologiya kafedrasında müəllim vəzifəsində şalışır.  2012-2013  tədris ilindən  “580401 – ümumi pedaqogika, pedaqogikanın  və təhsilin  tarixi” ixtisası  üzrə  qiyabi  doktorantdır.  Tədris ilində bir neçə məqaləm çap olunub. İbtidai siniflərdə şagirdlərin intellektual inkişafının artırılması imkanları  (Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu-2013) Riyazi çalışmalar vasitəsilə  şagirdlərin intellektual inkişafının artırılması imkanları (Gəncə Dövlət Universiteti-2013) Azərbaycanda  təhsil strategiyası və təlimdə şagirdlərin idrak fəallığı (Naxçıvan Müəllimlər İnstitutu -2014).