1977-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1994-cü ildə Gəncə şəhəri 25 saylı orta məktəbi, 1998-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji Institutunun Pedaqogika və psixologiya ixtisasını , 2000-ci ildə isə magistr pilləsini həmin ixtisas üzrə bitirmişdir. Hal-hazırda Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının dosentidir. 1ədət dərs vəsaiti, fənn proqramları və çoxlu sayda elmi məqalələrin müəllifidir.