Category Archives: Kateqoriyasız

“Müəllimin pedaqoji ustalığı” mövzusundan seminar dərs

Təhsilin pedaqogikası və metodikası kafedrasının magistrı Bayramova Nigar Zeynal qızının 3/2 Təhsildə sosial psixoloji xidmət ixtisasında “Pedaqoji etika və ustalıq” fənnindən “Müəllimin pedaqoji ustalığı” mövzusundan seminar dərsi keçirildi. Nəticə: Kafedranın 6 saylı protokolu ilə təhlil edilərək müzakirə edildi, və müvafiq qərar qəbul edildi.Müzakirədə kafedra müdiri dos.A.Quliyev və Magistr tələbələri iştirak etdilər. Seminar dərsi 31 bal

Daha ətraflı

Elmi şura

03.04. 2026-cı il tarixində saat 10:00-da    Pedaqoji fakültənin Elmi Şurasının iclası keçirildi. Gündəlik məsələlər: Dəvət olunan : Fiziki tərbiyə , Çağrışaqədərki hazırlıq və   Mülki müdafiə kafedrasının müəllimi Əmiraslanov Sərxan Nail oğlu:

“Musiqi fənləri” kafedrasında növbəti təlim

01 aprel  2026-cı il  tarixində  “Musiqi fənləri”  kafedrasında “Tələbəyönümlü təhsilin prinsiplərinə əsasən dərslərin təşkili” mövzusunda təlim uğurla keçirildi. Təlimçi “Musiqi fənləri” kafedrasının baş müəllimi R.Məmmədova mövzu ilə əlaqədar hazırladığı slaydlara istinad etməklə mövzunun hərtərəfli işıqlandırılmasına nail oldu, iştirakçıların suallarını ətraflı cavablandırdı. Tədbirin sonunda çıxış edən “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva kafedrada keçirilən təlimlərin musiqi

Daha ətraflı

Monitorinq qrupu tərəfindən tədrisin keyfiyyətinə nəzarət həyata keçirilmişdir

02.04.2026-cı il tarixində monitorinq qrupu tərəfindən məşğələlərdə tədrisin keyfiyyətinə nəzarət həyata keçirilmişdir. Monitorinq zamanı qrup rəhbəri dos. A. Quliyev və qrup üzvləri dərs cədvəlinə uyğun olaraq 3-cü saatda keçirilən məşğələləri izləyərək tədris prosesinin vəziyyətini qiymətləndirmişlər.Eyni zamanda, bayram günlərinə təsadüf edən dərs saatlarının əlavə keçirilməsi də diqqətdə saxlanılmış, bu dərslərin təşkili və davamiyyəti yoxlanılmışdır. Monitorinqin nəticələri

Daha ətraflı

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən dörd il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad

Daha ətraflı

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültə əməkdaşları “Novruz 2026” düşərgəsində

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən Nabran qəsəbəsində yerləşən “Təhsil İstirahət Mərkəzi”ndə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün “Novruz 2026” adlı düşərgə təşkil olunub. Bu düşərgədə GDU əməkdaşlarının iştirakını təmin etdiyinə görə GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq xanıma dərin

Daha ətraflı

“MUSİQİ FƏNLƏRİ” KAFEDRASINDA ELMİ SEMİNAR KEÇİRİLDİ

Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, elmi seminarlar 23 yanvar 2026-cı il tarixli kafedra iclasında təsdiq olunmuş  İş planına uyğun olaraq aktual mövzularda keçirilir. Daha sonra kafedranın baş müəllimi Nərgiz Haqverdiyeva “Konsertmeyster sinfində ansambl vərdişlərinin formalaşdırılması” mövzusunda  elmi məruzə ilə

Daha ətraflı

🕯 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvanda azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmişdir. Bu faciə nəticəsində rəsmi mənbələrə görə 12 minə yaxın soydaşımız amansızcasına qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Hadisələrin şahidlərinin yazdıqları həmin günlərin

Daha ətraflı

Qabaqcıl idman işçilərinə Fəxri Fərmanlar təqdim edilib

5 mart – “Bədən tərbiyəsi və idman işçiləri günü” münasibətilə Universitetin İdman Klubunun sədri, Fəxri bədən tərbiyəsi və idman işçisi Xəqani Umudov çıxış edərək idmançıları və idman sahəsində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.Qeyd olunmuşdur ki, idman sahəsində əldə edilən nailiyyətlər ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğının bariz

Daha ətraflı

Novruz bayramı – milli dəyərlərimizin və baharın müjdəçisi

Novruz bayramı münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayırıq.Baharın gəlişini, təbiətin oyanışını və həyatın yenilənməsini özündə əks etdirən Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərinin parlaq təcəssümüdür. Əsrlər boyu formalaşaraq günümüzə qədər gəlib çatan bu əziz bayram zəngin adət-ənənələrimiz, yüksək mənəvi dəyərlərimiz və birlik ruhumuzun ifadəsidir.Novruz ərəfəsində qeyd olunan

Daha ətraflı