NOVRUZ BAYRAMI TƏCRÜBƏÇİ TƏLƏBƏLƏR TƏRƏFİNDƏN QEYD OLUNDU
Gəncə Dövlət Univesitetinin Pedaqoji Fakültəsinin Musiqi müəllimliyi ixtisası üzrə IV kurs təcrübəçi tələbələri Azərbaycan xalqının milli bayramı “Novruz bayramı” münasibətilə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə musiqili əyləncəli tədbir təşkil etmişdir. Novruz bayramı insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmışdır. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş









