Author Archives: Pedaqoji

AÇIQ DƏRS – B/M MƏTANƏT RZAYEVA

  17.04.2019-cu il tarixində  Bədən tərbiyyəsi və idman kafedrasının baş müəllimi Mətanət Rzayevanın  “Topun yuxarıdan iki əllə ötürülməsi” mövzusunda  açıq dərsi keçirildi. Dərsdə rektorluğun dekan müavini dos. İ.Haqverdiyev, Kafedra müdiri İ.Ağayev və kafedranın bir qrup əməkdaşı iştrak edirdilər. Dərs “yaxşı” qiymətləndirildi.

AÇIQ DƏRS – SƏMA MƏHƏRRƏMOVA

16.04.2019-cu il tarixdə “Musiqi fənləri” kafedrasının müəllimi Səma Bəşir qızı Məhərrəmovanın “Konsertmeyster sinfi və ansambl” fənnindən “İnstrumental əsər üzərində iş” movzusunda açıq dərsi keçirildi. Açıq dərsdə rektorluğun  səlahiyyətli nümayəndəsi dos. C.İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri prof. S.Qurbanəliyeva, b/m. N.Seyfullayeva, b/m S.Həsənova, b/m R.Məmmədova, müəl. M.Qarayeva, müəl. S.Abbasova iştirak etmişlər.

AÇIQ DƏRS – B/M NURİYEVA SVETLANA

  16.04.2019-cu il tarixdə Ibtidai sinif müəllimliyi ixtisasının III kursunda  Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Svetlana Nuriyevanın  “Kəsirlər üzərində hesab əməllərinə aid çalışmalar həlli” mövzusunda  açıq dərsi keçirildi. Dərsdə rektorluğun dekan müavini dos. İ.Haqverdiyev, Təhsilin pedaqogikası və metodikası kafedrasının bir qrup əməkdaşı iştrak edirdilər.

“MÜƏLLİMLƏRİN İNKLUZİV TƏHSİL SAHƏSİNDƏ BACARIQLARININ ARTIRILMASI” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR BAŞLADI

15 aprel 2019-cu il tarixdən etibarən Ümumi pedaqogika kafedrasının baş müəllimləri, Pedaqogika üzrə fəlsəfə doktorları Lamiə Nizami qızı Nağıyeva, Təhminə Ələmdar qızı Nəbiyeva, Göyçək İspəndiyar qızı Pirverdiyeva və Bəsirə Heydər qızı Abbasova, Heydər Əliyev Fondunun UNİSEF  və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əsasında həyata

Daha ətraflı

“MÜƏLLİMLƏRİN İNKLUZİV TƏHSİL SAHƏSİNDƏ BACARIQLARININ ARTIRILMASI” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMƏR KEÇİRİLƏCƏK

15 aprel 2019-cu il tarixdən etibarən 8 gün müddətində Ümumi pedaqogika kafedrasının baş müəllimləri, Pedaqogika üzrə fəlsəfə doktorları Lamiə Nizami qızı Nağıyeva, Təhminə Ələmdar qızı Nəbiyeva, Göyçək İspəndiyar qızı Pirverdiyeva və Bəsirə Heydər qızı Abbasova, Heydər Əliyev Fondunun UNİSEF və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil Nazirliyi ilə birgə

Daha ətraflı

B/M RƏHİMOVA RƏMZİYYƏ

  10.04.2019-cu il tarixdə  Bədən tərbiyyəsi və idman kafedrasının baş müəllimi Rəmziyyə Rəhimovanın  “Məşqlərin və yarışların gigiyenik prinsipləri” mövzusunda  açıq dərsi keçirildi. Dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov, Pedaqoji fakültənin dekanı dos.B.Apoyev, dekan müavini dos. İ.Haqverdiyev, kafedranın müdiri İ.Ağayev, b/m T.Əliyev iştirak edirdilər.

AÇIQ DƏRS – NÜŞABƏ SEYFULLAYEVA

02.04.2019-cu il tarixdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Nüşabə  Nəriman qızı Seyfullayevanın “Musiqi və onun tədrisi metodikası” fənnindən “Musiqi formaları” movzusunda açıq dərsi keçirildi. Açıq dərsdə rektorluğun  səlahiyyətli nümayəndəsi dos. C.İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri prof. S.Qurbanəliyeva, b/m S.Həsənova, b/m L.Rfibəyli, müəl. L.Nəbiyeva iştirak etmişlər.

ELMİ ŞURA

  29.03.2019-cu il tarixdə Pedaqoji fakültə Elmi Şurası keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur: Fakültədə tərbiyə işlərinin  təşkili vəziyyəti. Tərbiyə işləri üzrə dekan müavini-A.Yusifov Seçmə fənlərin mövzusu və saatların təsdiqi. Dekan müavini -İ.Haqverdiyev. Müsabiqə üzrə müəllim seçkisi. – Elmi katib. Cari məsələ.

AÇIQ DƏRS – SVETLANA ABBASOVA

19.03.2019-cu il tarixdə “Musiqi fənləri” kafedrasının müəllimi Svetlana Calal qızı Abbasovanın “Əsas musiqi aləti və onun tədrisi metodikası” fənnindən “Pyeslər üzərində iş” mövzusunda  açıq dərsi keçirildi. Açıq dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi  dos. C.İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri prof. S.Qurbanəliyeva , b/m. N.Seyfullayeva, b/m S.Həsənova, müəl. M.Qarayev iştirak etmişlər.

PEDAQOJİ FAKÜLTƏDƏ NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ

  15.03.2019-cu il tarixdə Novruz bayramı münasibətilə Pedaqoji fakültədə Psixologiya ixtisası və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə tədbir proqramı həyata keçirildi… . Tədbir fakültə dekanı dos. Bayram Apoyevin çıxışı ilə açıq elan edildi… . Sonra səhnəyə Hakkıştanın qızları dəvət olundu: İbrahimova Elvira, Babayeva Aysun, Hüseynova Aytac…. Avar rəqsində: Tağıyev Sərxan, Allahverdiyeva Səbinə… . Sazda ifa:

Daha ətraflı