Author Archives: Pedaqoji

AÇIQ DƏRS – B/M SAİDƏ NƏSİBOVA

          10.05.2019-cu il tarixində Pedaqoji fakültənin Təhsildə sosial psixoloji xidmət ixtisasının I kursunda  baş müəllim Saidə Nəsibovanın Pedaqogika fənnindən “XII-XIII əsrlərdə Azərbaycanda məktəb və pedaqoji fikir” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültənin dekan müavini b/m İ.Haqverdiyev, kafedra müdiri dos. A.Quliyev müəl. X.Mustafayeva iştirak edirdi. Müzakirədən sonra dərs “əla” qiymətləndirildi.

ÜMUMMİLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 96-CI İL DÖNÜMÜ MÜNASİBƏTİLƏ KONFRANS KEÇİRİLDİ

10.05.2019-cu il tarixində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibətilə  Gəncə Dövlət Universitetində konfrans keçirilib. Həmin konfransda  fakültəmizin dekanı dosent Bayram Apoyev “Heydər Əliyev – Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarıdır” mövzusunda çıxış etmiş, çıxışının sonunda Ulu öndərə həsr etdiyi “Xilaskarısan” şeirini söyləmişdir.  

AÇIQ DƏRS – B/M TELLİ CABBAROVA

  8.05.2019-cu il tarixində Pedaqoji fakültənin TSPX   ixtisasının II kursunda  Psixologiya kafedrasının b/m Telli Cabbarovanın İnkişaf və yaş psixologiyası fənnindən “Yeniyetməlik  yaş dövründə şəxsiyyətin inkişafı” mövzusunda  açıq dərsi keçirildi. Müəllim dərsdə mövzunun məzmununa aid çoxsaylı slaydlardan, motivasiya, fəal təlim və interaktiv metodlardan istifadə edərək məqsədinə nail ola bildi. Dərsdə fakültənin dekan müavini b/m İ.Haqverdiyev, Psixologiya

Daha ətraflı

AÇIQ DƏRS – B/M RƏGİYƏ İSKƏNDƏROVA

08.05.2019-cu il tarixində Pedaqoji fakültənin Məktəbəqədər təlim və tərbiyə ixtisasının I kursunda  baş müəllim Rəgiyyə İsgəndərovanın Məktəb təliminə hazırlığın əsasları fənnindən “Məktəbə hazırlıqda sadə riyazi təsəvvürlərin inkişafı” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültənin dekan müavini b/m İ.Haqverdiyev  iştirak edirdi. Müzakirədən sonra dərs “yaxşı” qiymətləndirildi.

AÇIQ DƏRS – B/M SEYRAN SƏMƏDOVA

08.05.2019-cu il tarixində Pedaqoji fakültənin Məktəbəqədər təlim və tərbiyə ixtisasının I kursunda  baş müəllim Seyran Səmədovanın Alman dili fənnindən “Mətn” (text) mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültənin dekan müavini b/m İ.Haqverdiyev, müəl. A.Yusifli iştirak edirdi. Müzakirədən sonra dərs “əla” qiymətləndirildi.  

ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 96-CI İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR

01.05.2019-cu il tarixində Pedaqoji fakültə TEC-nin təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş “Narsizm və özünəvurğunluq psixoloji fenomen kimi” mövzusunda elmi seminar keçirilmişdir. Elmi seminarı giriş sözü ilə açan fakültə dekanı dosent Bayram Apoyev seminar iştrakçılarına uğurlar arzuladı. Psixologiya kafedrasının müdiri dosent Zümrüd Cavadova və fakültə TEC-nin sədri b/m

Daha ətraflı

AÇIQ DƏRS – NƏRGİZ HAQVERDİYEVA

30.04.2019-cu il tarixdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Nərqiz  Əli qızı Haqverdiyevanın “Əsas musiqi aləti və onun tədrisi metodikası” fənnindən “Polifonik əsər  və etüd üzərində iş” movzusunda açıq dərsi keçirildi. Açıq dərsdə rektorluğun  səlahiyyətli nümayəndəsi dos. C.İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri prof. S.Qurbanəliyeva, b/m N.Seyfullayeva, b/m S.Şabanova, b/m. Q.Məmmədova iştirak etmişlər.

AzMİU-da beynəlxalq konfrans keçirilib

          26.04.2019-cu il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib. Konfransa ölkəmizin ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, xarici ölkələrdən gələn

Daha ətraflı

AÇIQ DƏRS – B/M ALVİNA BABAYEVA

25.04.2019-cu il tarixində Pedaqoji fakültənin Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq ixtisasının I kursunda Psixologiya kafedrasının baş müəllimi Alvina Babayevanın Psixologiya fənnindən “Yaş psixologiyasının mövzusu, vəzifələri və metodları” mövzusunda açıq dərsi keçirildi. Mövzunun məzmununu əyaniləşdirən müxtəlif slaydlardan istifadə edən müəllim məqsədinə nail ola bildi. Dərsdə fakültənin dekanı dos. B.Apoyev, rektorluğun nümayəndəsi dos. C.İbrahimov, Psixologiya kafedrasının müdiri

Daha ətraflı