Tələbəmiz FATİMƏ MEHDİYEVA İSLAM HƏMRƏYLİYİ OYUNLARINDA MEDAL QAZANDI
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.Gəncə Dövlət Universitetinin tələbəsi də İslam Həmrəliyi Oyunlarında medal qazananlar sırasındadır. Belə ki, Pedaqoji fakültənin Məşqçilik ixtisasının 2-ci kurs tələbəsi, GDU-nun İdman Klubunun yetirməsi Fatimə Mehdiyeva 3-cü yerə layiq görülüb.









