Author Archives: Pedaqoji

MƏZUN GÜNÜ

18.05.2018-ci il tarixində universitetin Akt zalında fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının 4-cü kurs tələbələrinin təşkilatçılığı ilə “Məzun günü” münasibətilə tedbir keçirildi. Tədbiri giriş sözü ilə açan fakültə dekanı dos. B.Apoyev sözü aparıcı Nuranə Məmmədrzayevaya verdi. Psixologiya kafedrasının müdiri dos. Z.Cavadovanın təbrik çıxışından sonra tələbələrin hazırladığı edebi-eylenceli proqram gerçəkləşdirirldi və iştrakçıların sürəkli alqıçları ilə qarşılandı.

AÇIQ DƏRS – B/M MEHRİBAN MƏMMƏDOVA

17.05.2018-ci il tarixində fakültənin İbtidai sinif müəllimliyi ixtisasında Rus dili kafedrasının baş müəllimi Mehriban Məmmədovanın “Спорт в нашей жизни” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, rektorluğun nümayəndəsi dos. C.İbrahimov, kafedra müdiri K.Əhmədova və  kafedranın bir qrup eməkdaşı iştrak edirdi. Müəllim dərsdə müxtəlif interaktiv təlim metodlarından bacarıqla istifadə edərək, tələbələrin fəallığını  tam təmin etdi

Daha ətraflı

ELMİ ŞURA

16.05.2018-ci il tarixdə Pedaqoji fakültə Elmi Şurası keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur: Yaz imtahan sessiyasına hazırlıq tədbirləri (dos. B.Apoyev) Pedaqoji təcrübənin gedişi vəziyyəti (Təcrübə rəhbərləri) Fakültə TEC-nin illik hesabatı (b/m TCabbarova) Müsabiqə üzrə müəllim seçkisi (Elmi katib).

AÇIQ DƏRS – B/M TURAL ƏLİYEV

11.05.2018-ci il tarixində fakültənin Bədən tərbiyesi və idman ixtisasının III kursunda  baş müəllim Tural Əliyevin Azərbaycan milli xalq oyunu fənnindən  “Çövkan oyunu” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, rektorluğun nümayəndəsi dos. C.İbrahimov, kafedra müdiri İ.Ağayev və kafedranın bir qrup əməkdaşı iştitak edirdi. Dərs “kafi” qiymətləndirildi.

AÇIQ DƏRS – DOS. ZİYAFƏT BAYRAMOVA

10.05.2018-ci il tarixində II kurs (rus bölməsi) İbtidai sinif müəllimliyi ixtisasında Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Z.V.Bayramovanın “Организация игровой деятельности младших школьников” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanının tədris işləri üzrə müavini İ.Haqverdiyev, kafedra müdiri dos.A.Quliyev, p.ü.f.d. A.Həsənova, Azərbaycan tarixi kafedrasının b/m. S.Məmmədova və başqaları iştirak etmişdilər. Dos. Z.Bayramova qeyd etdi ki, hər

Daha ətraflı

9 MAY – QƏLƏBƏ GÜNÜ

XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətda bütün bəşəriyyəti təhlükə altına aldı. Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı

Daha ətraflı

“HƏRƏYƏ BİR AĞAC ƏKƏK!” AKSİYASI

05.05.2018-ci il tarixdə YAP Gəncə Şəhər Təşkilatının təşəbbüsü ilə Ulu Öndər H.Əliyevin anadan olmasının 95 illiyi münasibətilə onun adını daşıyan parkda həyata keçirilən “Hərəyə bir ağac əkək!” aksiyasında Pedaqoji fakültənin əməkdaşları da fəal iştirak etmişlər.

GƏNCƏ HUMANİTAR REGİONAL KOLLECİNDƏ SINAQ DƏRS

04 may 2018- ci ildə Gəncə Humanitar Regional Kollecində Pedaqoji fakültənin Təhsildə sosial psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Məmmədova Nərminə “Oliqofreniya nədir?” mövzusunda Kollecin Məktəbəqədər təlim tərbiyə ixtisasının III kurs 236 “A” 2 qrupunda sınaq dərsi dinlənildi . Dərsdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşı dosent Qarayev Cabbar, Psixologiya kafedrasında olan  təcrübə rəhbərləri baş müəllim Leyla

Daha ətraflı

AÇIQ DƏRS – B/M NATİQƏ ASLANOVA

03.05.2018-ci il tarixində fakültənin Məktəbəqədər təlim və tərbiyə ixtisasının III kursunda İnformatika kafedrasının  baş müəllimi Aslanova Natiqənin İnformatika və Təhsildə İKT fənnindən “Əməliyyat sistemləri. Windows əməliyyat sistemi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos. B.Apoyev, kafedra müdiri dos. Ə.Aslanov və kafedranın bir qrup müəllimi iştrak edirdi. Müəllimə dərsdə müasir təlim texnologiyalarından və interaktiv təlim

Daha ətraflı

GƏNCƏ HUMANİTAR REGİONAL KOLLECİNDƏ SINAQ DƏRS

27 aprel 2018- ci ildə Gəncə Humanitar Regional Kollecində Pedaqoji fakültənin Təhsildə sosial psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Məmmədrzayeva Nuranənin “ Uşaq nevrozları və onların əmələ gəlməsi səbəbləri” mövzusunda Kollecin Məktəbəqədər təlim tərbiyə ixtisasının II kurs 236 “ A “21 qrupunda sınaq dərsi dinlənildi . Dərsdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşı dosent Qarayev Cabbar, Psixologiya kafedrasının

Daha ətraflı