Author Archives: Pedaqoji

22 NÖMRƏLİ MƏKTƏBDƏ SEMİNAR-TRENİNQ KEÇİRİLDİ

13.03.2019-cu il tarixində Gəncə şəhər M.Fizuli adına 22 nömrəli məktəbdə GDU-nun Psixologiya kafedrasının təşəbbüsü ilə TSPX ixtisasının  IV kurs tələbəsi Mikaylova Səbinə “Məktəb dezadaptasiyası sindiromu” mövzusunda seminar-treninq keçmişdi. Seminarda Pedaqoji kakültənin dekan müavini İ.Haqverdiyev, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, pedaqoji təcrübəyə rəhbərlik edən b/m L.Həsənova və b/m P.Məmmədova, karyera şöbəsinin əməkdaşları,  məktəbin direktoru, müəllimlər, şagirdlər, eləcə də

Daha ətraflı

AÇIQ DƏRS – B/M TELLİ CABBAROVA

  13.03.2019-cu il tarixdə Təhsildə sosial-psixoloji xidmət və Psixologiya ixtisaslarının II kursunda Psixologiya kafedrasının b/m Telli Rəhim qızı Cabbarovanın “Erkən uşaqlıq yaşının xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov, Pedaqoji fakültənin dekanı dos. B.Apoyev,Psixologiya kafedrasının müdiridos. Z.Cavadova, b/m L.Həsənova, b/m P.Məmmədova, b/mA.Babayeva, b/mS.Şahverdiyeva, müəl. M.Rəhimova, müəl. H.Verdiyeva və magistrlər iştirakedirdilər. Açıq dərs motivasiya,

Daha ətraflı

AÇIQ DƏRS – MEHRİBAN HACIYEVA

12.03.2019-cu il tarixdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Mehriban Hacıyevanın “Konsertmeyter sinifi və ansambl” fənnindən “Ansambl üzərində iş” movzusunda açıq dərsi keçirildi. Açıq dərsdə rektorluğun  səlahiyyətli nümayəndəsi dos. C.İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri prof. S.Qurbanəliyeva, b/m N.Seyfullayeva, b/m G.Məhərrəmova, b/m Q.Məmmədova, müəl. S.Məhərrəmova iştirak etmişlər.

TƏBRİK EDİRİK!

“Gəncə şəhəri Avropa İdman şəhəri 2019” seçilməsi ilə əlaqədar Gəncə şəhərində universitet tələbələri arasında cüdo idman növü üzrə respublika  çempionatı keçirilmişdir. Çempionatda Gəncə Dövlət Universiteti Pedaqoji fakültəsinin I kurs tələbəsi Rəcəbov Qələmi  Elçin oğlu 90 kq çəki dərəcəsinda 3-cü yeri qazanmışdır.

8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ

06.03.2019-cu il tarixində “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə rektorluğun təşkil etdiyi təntənəli tədbir keçirildi. Hörmətli rektorumuz prof. Y.Yusibovun təbrik çıxışından sonra universitetin qadın əməkdaşlarının böyük bir qrupu “Fəxri fərman”, “Təşəkkür” və pul mükafatı ilə təltif olundu. Təltif olunanlar arasında fakültəmizin üç nəfər əməkdaşı (dekanlığın tyutoru Nahidə Yusifova; Ümumi pedaqogika kafedrasının baş müəllimi Ülkər

Daha ətraflı

PEDAQOJİ FAKÜLTƏDƏ MONİTORİNQ KEÇİRİLDİ

2018/2019-cu tədris ilinin II yarsında Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dos.Allahverdi Quliyevin rəhbərliyi ilə Pedaqoji fakültədə Monitorinq keçirildi. Nəticələr fakültə dekanı dos. B.Apoyev ilə müzakirə edilərək müvafiq tövsiyələr verildi. Ümumiyyətlə monitorinqin nəticələri müsbət qiymətlədirildi.

AÇIQ DƏRS – B/M FİKRƏT HÜSEYNOV

          26.02.2019-cu il tarixdə  Riyaziyyat müəllimliyi ixtisasının III kursunda  Fiziki tərbiyə,çağirişaqədərki hazirliq və mülki müdafiə kafedrasının baş müəllimi Fikrət Hüseynovun  “Fövqəladə halların təsnifatı” mövzusunda  açıq dərsi keçirildi. Dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov, Riyaziyyat-informatika fakültəsinin dekan müavini dos. R.Məmmədov, kafedranın müdiri prof. Ə.Məmmədov, dos.əv. V.Qocayev, b/m M.Məmmədova, b/l Z.Ələkbərova iştirak edirdilər. Dərs

Daha ətraflı

AÇIQ DƏRS – MÜƏL. ZEMFİRA MƏMMƏDOVA

25.02.2019-cu il tarixində “Müsiqi fənləri” kafedrasının  müəllimi Zemfira Məmmədovanın  “Dirijorluq və onun tədrisi metodikası” fənnindən “Dirijorluqda əllərin funksiyası. İri həcmli əsər üzərində iş” mövzusunda  açıq dərsi keçirildi. Açıq dərsdə rektorluğun salahiyyətli nümayəndəsi dos. C.İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri prof. S.Qurbanəliyeva, b/m N.Seyfullayeva, b/m S.Həsənova, b/m G.Məhərrəmova, müəl. S.İbrahimova  iştirak  etdilər.

“XOCALI FACİƏSİ”NİN ANIM GÜNÜ

  22.02.2019-cu il tarixində Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Pedaqoji fakultədə “Xocalı faciəsi”nin il dönümü ilə bağlı tədbir praqramı təşkil edildi…Əvvəlcə Qətliamda şəhid düşmüş həmvətənlərimizin ruhu 1 dəqiqəlik sukutla yad edildi…Dekanımız Hörmətli Apoyev Bayram müəllim tələbələrə Xocalı faciəsi haqqında məlumat verib tədbirimizi açıq elan etdi…Sonra isə söz Psixologiya kafedra müdiri Cavadova Zümrüd müəlliməyə verildi…Sonra isə

Daha ətraflı

YENİ BİR QƏLƏBƏMİZ

15-17 fevral 2019- cu il tarixində Şağan Olimpiya İdman Kompleksində kikboksinq üzrə Azərbaycan Kikboksinq Federasiyasının 25- ci ölkə birinciliyi və eyni zamanda qadınlar arasında çempionatın rəsmi Azərbaycan birinciliyi başa çatıb. Bu yarışda Azərbaycanın müxtəlif bölgələrindən 51 klub öz gücünü sınayıb. 300- dən çox idmançının iştirak etdiyi yarışda 86 kiloqram çəki kateqoriyasında mübarizəyə qoşulan Pedaqoji fakültənin

Daha ətraflı